Türkiyədə Ankara Prokurorluğunun apardığı istintaq çərçivəsində “Süleymançılar” dini qruplaşmasının lideri Alihan Kuriş də daxil olmaqla, 49 nəfər barəsində saxlanılma qərarı verilib.
Ağcabədi rayonu Şahsevən Təzəkənd kəndində insident 1 nəfərin inzibati qaydada həbs olunması ilə nəticələnib.
Şərti məhkum edilmiş keşmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb.
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub.
“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. Primeinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib. İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti açılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 6 ay müddətinə uzadılıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat üzrə qərar qəbul olunub. Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Harbiye Açıq Hava Teatrında “Ölü dəniz” adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan komediyaçı Deniz Göktaş xarici ölkədən tətildən Türkiyəyə qayıdarkən saxlanılıb. Hadisə İstanbul aeroportunda pasport nəzarətindən keçərkən baş verib. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib. Arzum isə son söz deyib: “İlk gündən özümü təqsirli bilmirəm.
Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub. Primeinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir. Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyib.
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Fəxri Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əlbir olaraq iş adamı Qurban Piriyevin yarım milyon manat pulunu və 34 minlik qızılını ələ keçirmələrinin sübut edildiyini elan edib.