
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Primeinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.
Görüşdə həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.