Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyadan gətirilmiş 10 min qutu qida məhsulu məhv edildi - FOTO

14.10.2026 22:00

Rusiyadan gətirilmiş 10 min qutu qida məhsulu məhv edildi - FOTO

Rusiyadan Azərbaycana idxal olunmuş bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.

Paylaş: