
Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 17-18-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yollarından (QSC) məlumat verilib.
Məlumata görə, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür.