Xəbər axtarın

Son axtarış nəticələri:

Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb

13.10.2026 21:28

Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb

Belçikanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Primeinfo.az-ın məlumatına görə, bu barədə Rusiya XİN açıqlama yayıb.

Bildirilib ki, rəsmi Moskva Belçika rəhbərliyinin Rusiyadan qaynaqlanan hibrid, təxribat və birbaşa hərbi təhdidlərlə bağlı iddialarını rədd edir.

Rusiya XİN Belçikanı qarşıdurmanın kəskinləşməsinə və vəziyyətin nəzarətdən çıxması riskinin artmasına səbəb ola biləcək Rusiya əleyhinə ritorikasını yumşaltmağa çağırıb.

Paylaş: