Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: "Din dövlətdən ayrıdır, amma din dövlətin TAM nəzarətində olmalıdır"

14.10.2026 12:12

Aygün Muradxanlı: "Din dövlətdən ayrıdır, amma din dövlətin TAM nəzarətində olmalıdır"

“Din dövlətdən ayrıdır. Amma din dövlətin TAM nəzarətində olmalıdır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı özünün “Facebook” hesabında yazıb.

Onun fikrincə, məktəblisinə din bilgisini dövlət verməlidir ki, dinlə pərdələnən radikal qruplaşmaların təsirinə düşməsin.

“Din bir millətin inanc sistemi ilə yanaşı kültür mirasıdır. Avropa ölkələrində məktəbəqədər yaşdan dövlət öz vətəndaşının inanc sistemilə məşğul olur. Hansı kilsəyə (muzeyə) girirsən, 5-6 yaşdan başlayaraq bağça, məktəb uşaqları görürsən. Onlar uşaqları cəhənnəmlə qorxutmurlar, günah, qorxu hissi aşılamırlar. Məbədlərin tikilmə tarixindən, sifarişçisindən, memarından, öncəkilərlə memarlıq fərqlərindən daha çox danışırlar.

Sonucda körpə düşüncəsinə mükəmməlliyə doğru irəliləmə anlayışı qoyurlar. Bığsız eybəcər saqqal, başın arxasına qazan qoyub sarımağın dinlə nə əlaqəsi?”, – deyə A.Muradxanlı vurğulayıb.

 

Paylaş: