Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə “Halk TV”yə qarşı ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı

14.10.2026 11:00

Türkiyədə “Halk TV”yə qarşı ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı

Türkiyədə “Halk TV”nin sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan istintaq çərçivəsində kanalın İstanbul ofisində axtarış aparılıb.

Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşlarının səhər saatlarında həyata keçirdikləri əməliyyat zamanı 17 şübhəlidən 11-i saxlanılıb. Dörd şübhəlinin xaricdə olduğu, birinin cəzaçəkmə müəssisəsində saxlanıldığı müəyyən edilib. Bir şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Bildirilib ki, kanalın sahibi Cafer Mahiroğlu barəsində “rüşvət”, “tenderə müdaxilə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları üzrə istintaq aparılır.

Kanala qəyyum təyin edildiyi də bildirilir.

Baş Prokurorluq tender prosesləri ilə əlaqədar 14 milyon 464 min lirə məbləğində qeydə alınmamış rüşvət ödənişi edildiyinin, bəzi işlər üzrə tender məbləğlərindən yüksək qiymətlərlə ödənişlər aparıldığının və əldə olunan gəlirlərin Mahiroğluna və ya onunla əlaqəli olduğu bildirilən şirkətlərə köçürüldüyünün müəyyən edildiyini açıqlayıb.

 

Paylaş: