Xəbər axtarın

Son axtarış nəticələri:

UEFA Çempionlar Liqası: "Sabah" ilk QƏLƏBƏSİNİ qazandı - FOTO - VİDEO

13.10.2026 22:40

UEFA Çempionlar Liqası: "Sabah" ilk QƏLƏBƏSİNİ qazandı - FOTO - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilib.

Primeinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk ev oyununa çıxıb və Praqa “Slaviya”sını qəbul edib.

Bakı Olimpiya Stadionunda keçirilən matçı avstriyalı hakimlər idarə edib.

Görüş “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası: "Sabah" ilk QƏLƏBƏSİNİ qazandı - FOTO - VİDEO

“Sabah” – “Slaviya” (Çexiya) oyununun ən yaxşı futbolçusu bəlli olub.

Bu ada Azərbaycan təmsilçisinin hücumçusu Coy-Lens Mikels layiq görülüb.

UEFA Çempionlar Liqası: "Sabah" ilk QƏLƏBƏSİNİ qazandı - FOTO - VİDEO

Hücumu sözügedən matçda komandasının ikinci qolunu vurub.

Qeyd edək ki, 2-ci turun ilk 2 oyunundan sonra “Sabah” 3 xalla 17-ci yeri tutur.

Xatırladaq ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya) – 2:0

Qollar: Kahim Perris, 49, Coy Lens Mikels, 88

Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)

UEFA Çempionlar Liqası: "Sabah" ilk QƏLƏBƏSİNİ qazandı - FOTO - VİDEO

 

Paylaş: