
Lənkəran şəhərində ailə münaqişəsi zəminində qadın və azyaşlı uşaq bıçaqlanıb.
Primeinfo.az xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində yerləşən “Müəllimlər binası”nda qeydə alınıb.
İlkin məlumata görə, 34 yaşlı Allahşükür Ağazadə həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisə zamanı evdə olan 2023-cü il təvəllüdlü azyaşlı oğlan anasının yanına qaçıb. Bu zaman R. Ağazadəyə endirilən zərbələrdən üçünün uşağa dəydiyi bildirilir.
Ağır xəsarət alan ana və uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib, ana isə əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən A.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

