
Fransa Prezidenti Emmanuel Makron təyyarədən düşərkən həyat yoldaşının onun sifətinə sillə vurması ilə bağlı yeni bir iddia ortaya çıxıb.
Primeinfo.az Daily Mail-ə istinadən xəbər verir ki, yeni iddiaya görə, Makronun arvadı tərəfindən sillələnməsinə səbəb onun iranlı aktrisaya göndərdiyi mesaj olub.
Fransa media orqanlarının və şərhçilərinin məlumatına görə, Makron iranlı aktrisa Golşifteh Fərahaniyə “Sən çox gözəlsən” mesajı göndərib və həyat yoldaşı Bricit Makron bunu görən kimi ona hücum edib.
Bricit Makron ərinin telefonunda iranlı aktrisaya yazdığı mesajı görməsi təyyarədə gərginliyə səbəb olub. Fərahani ilə bağlı münasibət şayiələri əvvəllər də yayılmışdı, lakin aktrisa bu iddiaları təkzib etmişdi.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 2025-ci ilin may ayında Vyetnama rəsmi səfəri zamanı təyyarədən düşərkən həyat yoldaşı Bricit Makron ona sillə vurub.
Həmin “sillə” görüntüləri aylardır sosial mediada müzakirə mövzusu olub.
Bəzi mənbələr hadisəni “ər-arvad arasında zarafat” kimi təsvir etsələr də, dava və ya sillə vurma iddialarını təkzib ediblər. Hadisənin arxasında daha şəxsi bir səbəbin ola biləcəyi ilə bağlı da fərziyyələr ortaya çıxmışdı.


