Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan və Laos

Laos Prezidenti Zəfər parkını və Fəxri xiyabanı ziyarət edib - FOTO

Laos Prezidenti Zəfər parkını və Fəxri xiyabanı ziyarət edib - FOTO

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Bakıda Zəfər parkını ziyarət edib. Primeinfo.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb . Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Prezidentlər nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar - FOTO 

Prezidentlər nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar - FOTO 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. Primeinfo.az xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman 1986-cı ildə Laosa səfəri çərçivəsində Laosun Nazirlər Sovetinin ovaxtkı sədri Keyson Fomfihanla görüşü zamanı çəkilmiş fotolara baxıblar. Qeyd edək ki, Keyson Fomfihan Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihanın atasıdır.

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv ediləcək

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv ediləcək

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv ediləcək. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə ediblər.