Məktəb direktorunun avtomobilini yandıran şəxs HƏBS edildi - VİDEO
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.
Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. Primeinfo.az xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Hazırda ərazidə Qaradağ rayonunda yerləşən Otman Bozdağ Palçıq Vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır. Primeinfo.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib. Onun sözlərinə görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
Paytaxtın Qaradağ rayonunda avtomobillər toqquşub. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayış binasının ətrafında sürüşmə təhlükəsi getdikcə artır. Primeinfo.az “Xəzər” TV-yə istinadla xəbər verir ki, güclü yağış və sel nəticəsində baş vermiş uçqunun fəsadları isə hələ də aradan qaldırılmayıb. İri beton konstruksiyalar avtomobillərin üzərinə aşıb.
Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birinin qarşısından 780 manat dəyərində müxtəlif oyuncaqlar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin ticarət mərkəzində çalışan 35 yaşlı T.Bayramov və 54 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib. Primeinfo.az xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.