Bakıda 5 məktəb onlayn təhsilə keçdi - SİYAHI
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar bu gündən Bakı şəhərində bəzi məktəblər onlayn təhsilə keçib.
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar bu gündən Bakı şəhərində bəzi məktəblər onlayn təhsilə keçib.
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni tədris ili başlayar-başlamaz valideynlərdən pul yığılması ilə bağlı iddia müzakirələr yaradıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, sentyabrın 7-də “WhatsApp” qrupunda 76 nömrəli tam orta ümumtəhsil məktəbindəki valideyn komitələrindən birinin rəhbəri valideynlərə fond pulunun yığılmasının zəruri olduğunu bildirib.
Təhsilalanların yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi tərəfindən həyata keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar daha geniş vüsət alıb. Bu barədə Primeinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, respublika üzrə bütün təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib, nəqliyyatın və piyadaların rahat və təhlükəsiz hərəkəti diqqətdə saxlanılıb.
Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı məktəb rəhbərliyi və şagirdlərin valideynləri məlumatlandırılıblar.
2026-2027-ci tədris ili ərəfəsində ümumi təhsil müəssisələrində təmir-tikinti işləri davam etdirilir. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) hazırda ümumilikdə 862 məktəbdə təmir-tikinti işlərinin aparıldığı bildirilib. Qeyd olunub ki, 450 məktəbdə təmir-tikinti işləri artıq yekunlaşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması gözlənilir. Müşahidələr göstərir ki, övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bəzi valideynlər və özü sürücü olan tələbələr əksər hallarda yol hərəkəti qaydalarına əməl etmirlər.
Yeni tədris ili ərəfəsində məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. Bununla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və AYNA birgə məlumat yayıb.
ABŞ kəşfiyyatının potensial hədəfləri analiz edərkən yol verdiyi səhvlər İrandakı məktəbə zərbə endirilməsinə səbəb olub. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Materialda qeyd olunur ki, buraxılan səhvlər arasında analitikin diqqətdən qaçan qeydləri və ABŞ kəşfiyyatının bir-biri ilə əlaqəsi olmayan sistemləri yer alıb.
Bu gün Azərbaycanda “Son zəng” günüdür.
İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək. Bu barədə Primeinfo.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, iyunun 5-də IV siniflər istisna olmaqla bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant (məsafədən) formada aparılacaq.