Xəbər axtarın

Son axtarış nəticələri:

"Yeni ulduz" layihəsi ekranlara qayıdır

21.09.2026 13:45

"Yeni ulduz" layihəsi ekranlara qayıdır

İllər əvvəl yayımlanan səs-küylü “Yeni ulduz” layihəsi qayıdır.

Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, “SOY” prodakşının ərsəyə gətirdiyi layihə “Regionun səsi” adı ilə ARB TV-də efirə gedəcək. Artıq yarışmanın seçimlərinə start verilib.

Layihədə münsif kürsüsündə Əməkdar artist Dilarə Əliyeva və Vüqar Camalzadə yer alacaq. Eyni zamanda Xalq artistləri Afaq Bəşirqızı və Samir Cəfərovun da layihədə olacağı iddia edilib.

Layihənin aparıcısı isə İlkin Həsəni olacaq.

Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev vəfatından əvvəl layihəni yenidən ekranlara qaytarmağı planlaşdırdığını açıqlamışdı. Onun ölümündən sonra Xalq artisti Mübariz Tağıyev də “Yeni ulduz” layihəsini yenidən həyata keçirmək planlarının olduğunu bildirmişdi.

"Yeni ulduz" layihəsi ekranlara qayıdır

Paylaş: