Xəbər axtarın

Son axtarış nəticələri:

İran ordusu Hörmüz boğazı üzərində “Orbiter” kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb

20.09.2026 22:15

İran ordusu Hörmüz boğazı üzərində “Orbiter” kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb

İran ordusu Hörmüz boğazı üzərində kəşfiyyat məqsədilə istifadə olunan “Orbiter” tipli pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Primeinfo.az xəbər verir ki,bu barədə İran ordusuna istinadən Livanın “Lebanon Debate” nəşri məlumat yayıb.

İran tərəfinin bildirdiyinə görə, pilotsuz uçuş aparatı axşam saatlarında aşkarlanıb və hava hücumundan müdafiə sistemləri tərəfindən izlənilərək vurulub.

Qeyd edək ki, “Orbiter” İsrailin “Aeronautics Defense Systems” şirkəti tərəfindən istehsal olunan taktiki pilotsuz uçuş aparatları ailəsidir. Bu tip PUA-lar əsasən kəşfiyyat, müşahidə və məlumat toplamaq üçün istifadə olunur; elektro-optik və termal görüntüləmə sistemləri vasitəsilə real vaxt rejimində görüntü və məlumat ötürə bilir.

Paylaş: