Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Suverenliyi Günü

DİN: Tarixi missiya uğurla yerinə yetirildi - VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatının Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malik olduğu vurğulanıb. “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) 20 Sentyabr- Dövlət Suverenliyi Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb. Primeinfo.az  xəbər verir ki, bu barədə Pakistan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib. “Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklər!”, – paylaşımda qeyd olunub.

"Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb - VİDEO

"Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb - VİDEO

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başlatdığı lokal antiterror əməliyyatı barədə süjet yayımlayıb. Primeinfo.az  xəbər verir ki, süjetdə Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət suverenliyinin tam bərpa edilməsi ilə bağlı sözlərinə yer verilib, onun sosial media hesablarında edilən paylaşımlar izləyicilərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan ordusu lokal xarakterli antiterror əməliyyatı ilə daha bir parlaq zəfərə imza atıb.