Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Ermənistan ordusunu yeniləyir: İrəvanda imzalar atıldı

19.09.2026 21:45

ABŞ Ermənistan ordusunu yeniləyir: İrəvanda imzalar atıldı

ABŞ Ermənistan Silahlı Qüvvələrinin islahatına dəstək göstərməyə davam edəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin köməkçisinin müavini Endryu Lumis İrəvanda keçirilən Ermənistan-ABŞ müdafiə məsləhətləşmələrində bəyan edib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 18-də tutan görüşdə tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində son illərdə həyata keçirilən proqramların yekunlarını müzakirə ediblər.

E. Lumis Vaşinqtonun Ermənistanda aparılan müdafiə islahatlarına dəstəyi davam etdirmək niyyətində olduğunu bildirib.

Söhbət Ermənistan ordusunun transformasiyasına töhfə verəcək məsləhət proqramlarından, təcrübə mübadiləsindən və digər yardım layihələrindən gedir.

Məsləhətləşmələrin yekununda iki ölkənin nümayəndələri görülən işlər və əldə olunmuş razılaşmalar haqqında protokol imzalayıblar.

Bəyanat İrəvanın xarici siyasət kursunun fəal müzakirə olunduğu bir fonda səslənib.

Paylaş: