Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: şamaxı

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - FOTO

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - FOTO

Sentyabrın 19-da Şamaxının Meysəri kəndində üzümçülük və şərabçılıq ənənələrinin, milli musiqinin və festival ab-havasının bir araya gəldiyi Üzüm və Şərab Festivalı başlayıb. Primeinfo.az xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilir. Festivalın qonaqları milli nəfəsli və zərb alətləri kollektivlərinin ifaları ilə qarşılanıb.

“Niva” dərəyə aşdı: Ər-arvad öldü - FOTO - YENİLƏNİB

“Niva” dərəyə aşdı: Ər-arvad öldü - FOTO - YENİLƏNİB

Şamaxı-Pirqulu avtomobil yolunda baş verən yol qəzasında ölənlərin sayı 2-yə çatıb. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində baş verən qəza zamanı sürücünün həyat yoldaşı Şövkət Aslanova hadisə yerində dünyasını dəyişib. Sürücü Mətləb Aslanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Primeinfo.az-a MEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. 3.1 maqnitudalı zəlzələ yerin 3 km dərinliyində baş verib.

“CineMastercard”: Şamaxıda açıq havada film izləyin - VİDEO

“CineMastercard”: Şamaxıda açıq havada film izləyin - VİDEO

Kino və təbiət qoynunda istirahət sevənlər Şamaxıda unudulmaz axşamlar keçirə bilərlər. “Abqora” restoranının ərazisində premium kinoteatrlar şəbəkəsi “CineMastercard” və Azərbaycanın ilk orqanik şərab istehsalçısı olan “Meysari” şərabları ilə birgə layihəsi çərçivəsində Open Air Cinema fəaliyyət göstərir. Primeinfo.az-a bu barədə kinoteatrdan məlumat verilib.

“Şamaxı” 5 futbolçusu ilə vidalaşıb

“Şamaxı” 5 futbolçusu ilə vidalaşıb

“Şamaxı” 5 futbolçusu ilə vidalaşıb. Bu barədə  Primeinfo.az-a klubdan məlumat verilib. Bildirilib ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla icarə müqavilələrinin müddəti başa çatıb və həmin futbolçular məxsus olduqları klublarına qayıdıb.

Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı

Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı

Qobustanda avtomobil qəzası baş verib, yol bağlanıb. Hadisə Bakı–Şamaxı Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb. Primeinfo.az xəbər verir ki, Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsi qəzaya uğrayıb.