Xəbər axtarın

Son axtarış nəticələri:

“CineMastercard”: Şamaxıda açıq havada film izləyin - VİDEO

19.06.2026 15:00

“CineMastercard”: Şamaxıda açıq havada film izləyin - VİDEO
Kino və təbiət qoynunda istirahət sevənlər Şamaxıda unudulmaz axşamlar keçirə bilərlər. “Abqora” restoranının ərazisində premium kinoteatrlar şəbəkəsi “CineMastercard” və Azərbaycanın ilk orqanik şərab istehsalçısı olan “Meysari” şərabları ilə birgə layihəsi çərçivəsində Open Air Cinema fəaliyyət göstərir.

Primeinfo.az-a bu barədə kinoteatrdan məlumat verilib.

Bildirilib ki, kinoseanslar hər həftənin cümə, şənbə və bazar günləri, eləcə də bayram günlərində təşkil olunur. Repertuarda müxtəlif janrlarda ən çox gözlənilən premyeralar və məşhur filmlər nümayiş etdirilir ki, bu da hər yaşda olan tamaşaçılara xoş və yaddaqalan anlar yaşadır.

Filmlər və seans cədvəli haqqında məlumatı “CineMastercard” kinoteatrlar şəbəkəsinin rəsmi səhifəsindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Əlavə məlumat üçün: (+994 55) 756 66 55.

Paylaş: