Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ermənistan

Ermənistanda hərbçi ehtiyatsızlıqdan xəsarət alıb

Ermənistanda hərbçi ehtiyatsızlıqdan xəsarət alıb

Ermənistanda hərbçi silahdan istifadə qaydalarının pozulması nəticəsində yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında yazıb. Məlumata görə, hərbi növbətçilikdə güllə yarası alan Yeprem Qevorkyanın huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ermənistanda Xüsusi Ordu Korpusunun komandir müavini vəzifəsindən azad edilib

Ermənistanda Xüsusi Ordu Korpusunun komandir müavini vəzifəsindən azad edilib

Ermənistanda Xüsusi Ordu Korpusunun komandir müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib. Primeinfo.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazirin təklifi əsasında ölkə prezidenti imzalayıb. Artsvik Qriqoryan 2025-ci il oktyabrın 22-də bu vəzifəyə təyin olunmuşdu

Paşinyandan kritik İQTİSADİ QƏRAR: Amulsar qızıl yatağının istismarına start verildi - VİDEO

Paşinyandan kritik İQTİSADİ QƏRAR: Amulsar qızıl yatağının istismarına start verildi - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ən iri və qalmaqallı Dağlıq-mədən layihələrindən biri olan Amulsar qızıl yatağının rəsmi olaraq istismara verildiyini elan edib. Primeinfo.az xəbər verir ki, hökumət başçısı sosial şəbəkə hesabında və rəsmi kanallarla yataqda hasilat və emal prosesinin başladığını bəyan edib. Amulsar qızıl yatağı Cermuk (İstisu) kurort zonasının yaxınlığında yerləşir və illərdir ekoloqların, eləcə də yerli sakinlərin kəskin etirazları, su hövzələrinin çirklənməsi xəbərdarlıqları səbəbindən fəaliyyətini dayandırmışdı.

Moskvada Abxaziya vasitəsilə Rusiya, Gürcüstan və Ermənistan arasında DƏMİR YOLU

Moskvada Abxaziya vasitəsilə Rusiya, Gürcüstan və Ermənistan arasında DƏMİR YOLU

Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili boyunca “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu bağlantısı layihəsi təqdim edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Vektor Kavkaza” məlumat yayıb. Məlumata görə, sentyabrın 28-də Moskvada “Cənubi Qafqazın nəqliyyat-logistika şəbəkələrinin inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda Kremlyönlü tədqiqat qurumları Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili üzərindən “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu layihəsini təqdim ediblər.

Aİ Şurası Ermənistana ticarət güzəştlərini rəsmən QƏBUL EDİB

Aİ Şurası Ermənistana ticarət güzəştlərini rəsmən QƏBUL EDİB

Avropa İttifaqı Şurası Ermənistana müvəqqəti ticarət güzəştlərini rəsmi olaraq qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Bildirilib ki, bu tədbirlər Rusiyanın ticarət məhdudiyyətləri fonunda Ermənistan məhsullarının ixracatının 80%-nin Avropaya həyata keçirilməsini asanlaşdıracaq.

Paşinyan Türkmənistana gedəcək

Paşinyan Türkmənistana gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistana səfər edəcəyi gözlənilir. Primeinfo.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Aşqabaddakı səfiri Arsen Avagyan bildirib. Onun sözlərinə görə, Paşinyanın səfərinin oktyabrın 19-da başlayacaq BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci (COP17) sessiyasına qədər baş tutması ehtimal olunur.

Ermənistanın Polşadakı səfiri geri çağırıldı

Ermənistanın Polşadakı səfiri geri çağırıldı

Ermənistanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin sərəncamında bildirilib. Sərəncama əsasən, Aleksandr Arzumanyanın Polşadakı diplomatik missiyasına xitam verilib.