Ermənistanın müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın yenidən həmin vəzifələrə təyin olunacaqlar. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib. “Bəli, onlar yenidən təyin olunacaqlar”, – Paşinyan jurnalistlərin sualını cavablandırarkən bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin mətbuat xidməti məlumat yayıb. Həmsöhbətlər Ermənistan-Fransa münasibətlərinin gündəliyini müzakirə edərək, ikitərəfli əlaqələrin dərinləşdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.
Ermənistanda məhkəmə müxalif “Ana Ermənistan” Partiyasının lideri, parlament seçkilərində “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd olmuş Andranik Tevanyanın həbs müddətini daha iki ay uzadıb. Primeinfo.az TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmə binası qarşısında jurnalistlərə Tevanyanın vəkili Sergey Marabyan məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə Tevanyanın həbsdə saxlanılmasının daha iki ay davam etdirilməsi barədə qərar qəbul edib.
Ermənistanda yeni formalaşan parlamentin ilk iclası 2 avqust 2026-cı il saat 10:00-da keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Vaaqn Ovakimyan bildirib. MSK-nın bugünkü iclasında parlamentə seçilən deputatların siyahısı da təsdiqlənib.
Ermənistanın yeni Konstitusiyasının layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcək. Primeinfo.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib. “Konkret müddətlər deyə bilmərəm.
Ermənistan Pakistana ilk səfirini təyin edib. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan bu gün parlamentdə son çıxışını edib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. “Elə isə, tarix yazdıq”, – deyə o bildirib.
Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. “Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim.
11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda 28 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib. Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.