
Ermənistanın yeni seçilmiş Milli Məclisi avqustun 27-də hökumətin təqdim etdiyi “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə edir.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, qanunvericilik təşəbbüsünü parlamentin iclasında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan təqdim edib.
Qanun layihəsinə əsasən, Ermənistan hökuməti üç nazirliyin adının dəyişdirilməsini təklif edir. Belə ki, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adının Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyiilə əvəzlənməsi nəzərdə tutulur.
Bundan əlavə, Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, Əmək və Sosial Məsələlər Nazirliyinin isə Əmək və Rifah Nazirliyi adlandırılması təklif edilir.
Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, dəyişikliklər Ermənistan hökumətinin strukturunda müvafiq şəkildə əksini tapacaq.