Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyandan Ermənistan dəmir yolu ilə bağlı Rusiyaya ÇAĞIRIŞ

24.08.2026 12:29

Paşinyandan Ermənistan dəmir yolu ilə bağlı Rusiyaya ÇAĞIRIŞ

Dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və yalnız “Rusiya Dəmir Yolları”nın nəzarəti altındadır.

Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Biz Rusiya Federasiyasına və onun maraqlarına hörmətlə yanaşırıq, lakin Ermənistan dəmir yolu Rusiyanın idarəçiliyi altında olduğu üçün hazırda Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası üçün bu tarixi fürsəti əldən vermək riski ilə üzləşirik. Bu tarixi fürsəti əldən verə bilmərik. Rusiya Federasiyasındakı tərəfdaşlarımızdan çevik olmalarını və güzəşt hüququnu həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik”, – Paşinyan vurğulayıb.

Paylaş: