Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan parlamentində 5 illik proqram TƏSDİQLƏNDİ

25.08.2026 21:00

Ermənistan parlamentində 5 illik proqram TƏSDİQLƏNDİ

Ermənistan Respublikasının Milli Məclisi deputatların səsverməsinin nəticələrinə əsasən hökumətin 2026-2031-ci illər üçün fəaliyyət proqramını təsdiqləyib.

Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, hökumət proqramının lehinə 63, əleyhinə isə 24 deputat səs verib.

Qeyd edək ki, Milli Məclisdə hökumətin 2026-2031-ci illər üçün proqramının müzakirəsinə avqustun 24-də Baş nazir Nikol Paşinyanın geniş çıxışı ilə başlanılıb. Daha sonra Paşinyan parlament üzvlərinin suallarını cavablandırıb, ardınca fikir mübadiləsi aparılıb.

Hökumət proqramının müzakirəsi və fikir mübadiləsi avqustun 25-də davam etdirilib. Müzakirələrin sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan yekun nitqlə çıxış edib.

Paylaş: