Ermənistanda yeni formalaşan parlamentin ilk iclası 2 avqust 2026-cı il saat 10:00-da keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Vaaqn Ovakimyan bildirib. MSK-nın bugünkü iclasında parlamentə seçilən deputatların siyahısı da təsdiqlənib.
Ermənistanın yeni Konstitusiyasının layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcək. Primeinfo.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib. “Konkret müddətlər deyə bilmərəm.
Ermənistan Pakistana ilk səfirini təyin edib. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan bu gün parlamentdə son çıxışını edib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. “Elə isə, tarix yazdıq”, – deyə o bildirib.
Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib. “Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim.
11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda 28 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Ermənistana rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, Gürcüstan DTX-nin yaydığı məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüş keçirib. Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın inkişafı, regionda cərəyan edən proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə olunub.
Hazırda hökumətdə kadr dəyişikliyi nəzərdə tutulmur. Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə deyib. Bununla yanaşı, Baş nazir digər idarəetmə səviyyələrində yeni təyinatların olacağını açıqlayıb.
Avropa İttifaqı (Aİ) Ermənistan rəhbərliyinə dəstəyini nümayiş etdirmək üçün İrəvana yüksəksəviyyəli nümayəndə heyəti göndərir. Primeinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Heyətin tərkibində Avropa Komissiyasının sədri Ursula von der Layen də var.
Ermənistan Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə edilən müraciətləri icraata qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə məhkəmənin sosial şəbəkə hesabında məlumat yayılıb. Bildirilib ki, “Güclü Ermənistan” bloku, “Birliyin Qanadları”, “Demokratiya, Qanun, İntizam”, “Çiçəklənən Ermənistan”, “Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı”, “Ermənistan” bloku və “Yeni Güc” partiyasının Mərkəzi Seçki Komissiyasının 7 iyun 2026-cı il tarixli parlament seçkilərinin yekunları ilə bağlı qərarının ləğvi tələbi ilə verdiyi ərizələr baxılmağa qəbul edilib.