Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ermənistan

XİN: Aİ–Ermənistan sənədində TRIPP layihəsinə istinadın olmaması narahatlıq doğurur

XİN: Aİ–Ermənistan sənədində TRIPP layihəsinə istinadın olmaması narahatlıq doğurur

Aİ–Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində bildirilib. “Bu hal Ermənistanın Vaşinqtonda Baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır”, – şərhdə qeyd olunub.

Arayik və digərlərinin məhkəməsində vəkillərin müdafiə çıxışı yekunlaşıb

Arayik və digərlərinin məhkəməsində vəkillərin müdafiə çıxışı yekunlaşıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 4-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Şeyx: "Erməni kilsəsi və diasporu sülh prosesini pozmağa çalışır"

Şeyx: "Erməni kilsəsi və diasporu sülh prosesini pozmağa çalışır"

Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır. Primeinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O xatırladıb ki, dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyası sülhə xidmətdir.

Mirzoyanla Hakan Fidan Vyanada ayaqüstü görüşüblər

Mirzoyanla Hakan Fidan Vyanada ayaqüstü görüşüblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və türkiyəli həmkarı Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində ayaqüstü görüş keçiriblər. Bu barədə Primeinfo.az-a Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadən xəbər verir. Bildirilib ki, A.Mirzoyan iştirakçı ölkələrdən bir sıra həmkarları ilə söhbət aparıb.

Paşinyan: "Koçaryan və Sarkisyan artıq siyasi rəqib deyillər"

Paşinyan: "Koçaryan və Sarkisyan artıq siyasi rəqib deyillər"

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Robert Koçaryan və Serj Sarqsyan çoxdan onun siyasi rəqibləri olmaqdan çıxıblar və əvvəlki hakimiyyət haqqında müzakirələrin artıq mənası yoxdur. Primeinfo.az  erməni KİV-ə istinadən məlumatına görə, o bu barədə hökumətin sual-cavab sessiyasında danışıb. Baş nazir qeyd edib ki, əvvəlki rəhbərlər haqqında bütün məlumatlar, o cümlədən Qarabağla bağlı məsələlər artıq səsləndirilib və bunları daha müzakirə etməyə ehtiyac yoxdur.

Aİ rəsmisi Ermənistanı Rusiyaya qarşı sərt sanksiyalara qoşulmağa çağırdı

Aİ rəsmisi Ermənistanı Rusiyaya qarşı sərt sanksiyalara qoşulmağa çağırdı

Avropa diplomatiyasının başçısı Kaya Kallas Ermənistanı Rusiyaya qarşı “sərt sanksiyalara” qoşulmağa çağırıb. Primeinfo.az xəbər verir ki, o, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib. “Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Ermənistan da daxil olmaqla Aİ tərəfdaşları üçün çox vacibdir.

Türkiyə və Ermənistan Gümrü-Qars dəmir yolunu müzakirə edib

Türkiyə və Ermənistan Gümrü-Qars dəmir yolunu müzakirə edib

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasındakı Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.