Xəbər axtarın

Son axtarış nəticələri:

Ursula von der Layen Ermənistana gedir

23.06.2026 17:55

Ursula von der Layen Ermənistana gedir

Avropa İttifaqı (Aİ) Ermənistan rəhbərliyinə dəstəyini nümayiş etdirmək üçün İrəvana yüksəksəviyyəli nümayəndə heyəti göndərir. 

Primeinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Heyətin tərkibində Avropa Komissiyasının sədri Ursula von der Layen də var. O, iyulun 1-də Ermənistana rəsmi səfər edəcək.

Məlumata görə, səfər çərçivəsində Ursula von der Layeni Aİ-nin genişlənmə məsələləri üzrə avrokomissarı Marta Kos müşayiət edəcək.

Nəşr qeyd edir ki, bu səfər iyun ayında keçirilən parlament seçkilərində rəhbərlik etdiyi partiyanın qələbəsindən sonra Baş nazir Nikol Paşinyan hökumətinə nümayişkaranə dəstək xarakteri daşıyır. Rəsmi Brüssel Ermənistanı regionda Aİ-nin əsas tərəfdaşlarından biri hesab edir və İrəvanın Avropa ilə əlaqələri dərinləşdirmək xəttini, eləcə də apardığı xarici siyasi kursu fəal şəkildə dəstəkləmək niyyətindədir.

Paylaş: