Səudiyyə Ərəbistanının başçılıq etdiyi husilərə qarşı mübarizə koalisiyasının nümayəndələri bildiriblər ki, hərbçilər bu qruplaşma tərəfindən buraxılmış iki pilotsuz uçuş aparatını (PUA) vurublar. Primeinfo.az xəbər verir ki,bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. Dronların hədəflərinin Ər-Riyadda və Səudiyyə Ərəbistanının cənub hissəsində yerləşdiyi ehtimal olunur.
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və milli neft şirkəti olan “Saudi Aramco”nun obyektlərinə zərbələr endirdiklərini iddia ediblər. Primeinfo.az xəbər verir ki,bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib. Onun sözlərinə görə,əməliyyatlar zamanı çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub.
Səudiyyə Ərəbistanının cənubunda Yəməndəki “Ənsar Allah” hərəkatı tərəfindən buraxıldığı bildirilən ballistik raketlərin qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki,bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin yaydığı açıqlamaya görə, bazar günü Xamis-Muşayt və Əhəd-Rufeydə rayonlarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan iki ballistik raketin qalıqları yerə düşüb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki husilərin Ər-Riyad istiqamətində atdığı ballistik raketi məhv ediblər. Primeinfo.az xəbər verir ki,bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib. Hadisədən sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Ər-Riyad sakinlərini mümkün təhlükə barədə xəbərdar edib.
Husilər Səudiyyə Ərəbistanının Ər-Riyaddakı Müdafiə Nazirliyinə zərbə endirdiklərini bildiriblər. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin binasından əlavə, “Aramco” şirkəti və iki hava limanı da hədəfə alınıb.
Yəməndəki husilər aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırmağa çağırıblar. Primeinfo.az xəbər verir ki,bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri açıqlama verib. O bildirib ki, Səudiyyə Ərəbistanının hava limanları və hava məkanı hərbi hədəf hesab olunur.
ABŞ Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı ilə əlaqə saxlayır. Primeinfo.az xəbər verir ki,bunu ABŞ prezidenti Donald Tramp Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı deyib. “Biz husilərlə əlaqə qurmuşuq və bundan sonra nə olacağını görəcəyik.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanında güclü partlayış baş verib.
Yəmən hökuməti İranın dəstəklədiyi husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi televiziya ilə çıxışında açıqlayıb. Əl-Əlimi əməliyyatların məqsədinin husilərin nəzarətində qalan əraziləri geri almaq və dövlət hakimiyyətini bütün ölkə ərazisində bərpa etmək olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı “Ənsar Allah” husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. Primeinfo.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirində jurnalist Trey Yanqst məlumat verib. “Prezident bildirdi ki, ABŞ husilərlə daimi əlaqə saxlayır və onlar ABŞ-yə qarşı hərbi əməliyyatlar aparmamağa razılaşıblar”, – deyə Yanqst qeyd edib.