Xəbər axtarın

Son axtarış nəticələri:

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib - ÖLƏNLƏR VAR

11.08.2026 15:15

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib - ÖLƏNLƏR VAR

Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb.

Primeinfo.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.

Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.

Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.

Paylaş: