Xəbər axtarın

Son axtarış nəticələri:

Husilərin Moha limanına hücumunda azı bir nəfər həlak olub

15.08.2026 17:15

Husilərin Moha limanına hücumunda azı bir nəfər həlak olub

Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər.

Primeinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Hücum nəticəsində təhlükəsizlik xidmətinin ən azı bir əməkdaşı həlak olub.

Bildirilib ki, husilər limana altı ballistik raket atıblar. Nəticədə səkkiz nəfər yaralanıb, iki dəniz piyadası isə itkin düşüb.

Paylaş: