Xəbər axtarın

Son axtarış nəticələri:

Cibuti sahillərində miqrantları daşıyan qayıq batıb, 139 nəfər ölüb

11.10.2026 20:07

Cibuti sahillərində miqrantları daşıyan qayıq batıb, 139 nəfər ölüb

Cibuti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb.

Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki,bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.

Bildirilib ki,Cibutidən Yəmənə hərəkət edən, göyərtəsində 305 nəfərin olduğu qayıq oktyabrın 8-dən 9-na keçən gecə Obok liman şəhərinin şimalındakı Quhere yaşayış məntəqəsi yaxınlığında batıb.

Hadisə nəticəsində ölənlər arasında azı 15 uşaq var. Daha 84 nəfər itkin düşmüş hesab olunur.

Məlumata görə, 82 nəfər sağ xilas edilib. Xilas olunanların hamısı Efiopiya vətəndaşlarıdır.

Beynəlxalq Miqrasiya Təşkilatının Cibutidəki nümayəndəliyinin rəhbəri Aleksandr Kuassak bildirib ki, təşkilatın əməkdaşları yerli qurumlarla birlikdə hadisə yerində zərərçəkənlərə yardım göstərirlər.

Hazırda Cibuti hakimiyyəti tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Sağ qalanlara tibbi yardım göstərilir, ölənlərin dəfn edilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, miqrantlar Yəmən üzərindən Körfəz ölkələrinə çatmağa çalışıblar.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2025-ci ildə bu miqrasiya marşrutu üzrə 900-dən çox insan ölüb və ya itkin düşüb.

Paylaş: