Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistanda yeni parlamentin ilk iclas TARİXİ

21.07.2026 20:40

Ermənistanda yeni parlamentin ilk iclas TARİXİ

Ermənistanda yeni formalaşan parlamentin ilk iclası 2 avqust 2026-cı il saat 10:00-da keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Vaaqn Ovakimyan bildirib.

MSK-nın bugünkü iclasında parlamentə seçilən deputatların siyahısı da təsdiqlənib.

Yeni parlament 105 deputatdan ibarət olacaq. Mandatlar aşağıdakı kimi bölüşdürülüb:

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası – 64 mandat (onlardan 3-ü milli azlıqlar kvotası üzrə);

İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku – 29 mandat (1-i milli azlıqlar kvotası üzrə);

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Hayastan” bloku – 12 mandat.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçirilib. Rəsmi nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” Partiyası 49,7456 faiz (726 819 səs), “Güclü Ermənistan” bloku 23,2710 faiz (340 060 səs), “Hayastan” bloku isə 9,9231 faiz (144 983 səs) toplayaraq parlamentə düşüb.

Müəyyən mərhələdə parlamentə düşmək şansı olan “Çiçəklənən Ermənistan” Partiyası isə 58 287 səs (3,9893 faiz) topladığı üçün qanunla müəyyən edilmiş 4 faizlik seçki baryerini keçə bilməyib.

Paylaş: