Xəbər axtarın

Son axtarış nəticələri:

Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb

20.09.2026 15:15

Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb

Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu 19 sentyabr 2026-cı il tarixində Danimarka paytaxtı Kopenhagendə keçirilən NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Toplantısına qatılıb.

Primeinfo.az Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) sentyabrın 20-də yaydığı məlumata istinadən xəbər verir ki, S. Bayraktaroğlu müxtəlif ölkələrdən olan həmkarları ilə görüşüb.

“Ordu generalı Selçuk Bayraktaroğlu toplantıda iştirak edən; Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR), ABŞ Baş Qərargah rəisinin müavini, Almaniya, Albaniya, Birləşmiş Krallıq, Fransa, Hollandiya, İsveç, İtaliya, Polşa və Yunanıstanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib”, – məlumatda bildirilib.

Görüşlərdə ikitərəfli əlaqələr, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.

Paylaş: