Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir

18.09.2026 22:05

Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir

Bakıda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol sahəsində işlərə başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.

Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.

Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.

Paylaş: