Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqları Əbu-Dabidə keçiriləcək - TARİX

03.11.2026 10:00

ABŞ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqları Əbu-Dabidə keçiriləcək - TARİX

ABŞ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna danışıqları bu ay baş tutacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” platformasında məlumat verib.

O qeyd edib ki, danışıqlar 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək.

Görüşdə təhlükəsizlik məsələlərinin, gərginliyin azaldılmasının, humanitar təşəbbüslərin və sülh sazişinin imzalanmasına yönəlmiş mümkün addımların müzakirəsi planlaşdırılır.

Uitkoffun qeyd edib ki, tərəflər gələcək nəsillər üçün davamlı təhlükəsizlik təmin edəcək hərtərəfli sülh sazişi istiqamətində Kiyev, Oslo və Sankt-Peterburqda əldə edilən irəliləyişi davam etdirməyi gözləyirlər.

Paylaş: