Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan Gürcüstana gedən iki maşında sənədlərdə göstərilməyən yüklər aşkarlanıb - FOTO

02.11.2026 16:12

Azərbaycandan Gürcüstana gedən iki maşında sənədlərdə göstərilməyən yüklər aşkarlanıb - FOTO

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən miqdarda yük aşkar edilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət edən iki “MAN” markalı yük nəqliyyat vasitəsi sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkar edilib.

Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Paylaş: