Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə-Ukrayna

Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib

Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Kiyev üçtərəfli görüşə hazırlaşır və Ərdoğanla danışıqlar zamanı Zelenski belə bir görüşün Türkiyədə keçirilməsi və prosesə Ankaranın, eləcə də Ukraynanın Avropa və digər tərəfdaşlarının cəlb edilməsi imkanını müzakirə edib.

Zelenski: Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi barədə razılığa gəldik

Zelenski: Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi barədə razılığa gəldik

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib. Primeinfo.az xəbər verir ki,bunu Zelenski İstanbulda Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. Ukrayna Prezidenti tərəflərin Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi və səmərəliliyinin artırılması istiqamətində birgə işləmək barədə razılaşdıqlarını qeyd edib.

Zelenski sabah Türkiyəyə gedir: Ərdoğanla görüşəsək

Zelenski sabah Türkiyəyə gedir: Ərdoğanla görüşəsək

  Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında bildirib. Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əlaqələr müzakirə ediləcək.

Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə edib

Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət, həmçinin Qara dənizin təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Lavrov: "Türkiyənin Ukraynaya sərt siqnal göndərəcəyinə ümid edirik"

Lavrov: "Türkiyənin Ukraynaya sərt siqnal göndərəcəyinə ümid edirik"

Rusiya Türkiyənin Qara dənizdə türk gəmilərinə hücumlardan sonra Ukraynaya sərt siqnal göndərə biləcəyinə ümid edir. Primeinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O, Moskvanın Ankaranın Kiyevin hərəkətlərini açıq şəkildə qiymətləndirməsinə ümid etdiyini söyləyib.

Mustafa Cəmiloğlu Türkiyədə önəmli görüşlərdə: Krım türklərinin hüquqları da müzakirə olundu - FOTO

Mustafa Cəmiloğlu Türkiyədə önəmli görüşlərdə: Krım türklərinin hüquqları da müzakirə olundu - FOTO

Krım türklərinin lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmiloğlu Türkiyəyə işgüzar səfər edib. Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində o, Ukrayna-Türkiyə əməkdaşlığının inkişafı, Ukraynaya dəstək və Krımın müvəqqəti işğalı şəraitində Krım tatar xalqının (Krım türkləri) hüquqlarının qorunması məsələlərinə həsr olunmuş bir sıra görüşlərdə iştirak edib. Həmçinin Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Nəriman Cəlalovla birlikdə bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb.