Polşanın paytaxtı Varşavada Konstitusiya Tribunalının binası qarşısında keçirilən aksiya zamanı baş verən insidentlərlə əlaqədar üç nəfər saxlanılıb. Primeinfo.az “Goniec” ə istinadən xəbər verir ki,bu barədə Polşa polisi məlumat yayıb. Polisin bildirdiyinə görə, məhkəmənin binası qarşısında gərginlik yaşanıb, aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar.
Polşada Konstitusiya Tribunalının rəhbərliyi ətrafında ciddi siyasi və hüquqi qarşıdurma yaranıb.
“Konstitusiyanın mətnindən heç nə çıxarılmayıb, çünki biz yeni Konstitusiya yazırıq”. Primeinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında Dövlət-hüquq məsələləri daimi komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı həmin vəzifəyə namizəd, hakim “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan deyib. O, müxalifətçi “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryanın suallarını cavablandırarkən yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı açıqlamalar verib.
Ermənistanın yeni Konstitusiyasının layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcək. Primeinfo.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib. “Konkret müddətlər deyə bilmərəm.
Şimali Koreyada konstitusyaya hakimiyyət rəhbərliyinin həyatına sui-qəsd edilməsi və ya hərbi komandanlığın pozulması halında avtomatik olaraq nüvə silahı ilə cavab verilməsini nəzərdə tutan düzəliş əlavə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Kim Çen In öldürülərsə və ya ölkənin komandanlıq strukturlarına hücum edilərsə, nüvə silahının buraxılması artıq ayrıca bir əmr tələb etməyəcək.
Qazaxıstanda Prezident Qasım-Jomart Tokayevin təşəbbüsü ilə yeni Konstitusiya layihəsi hazırlanıb.
Ermənistanın yeni konstitusiyasının mətni növbəti 6 ay ərzində hazır olacaq.
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib. Primeinfo.az xəbər verir ki, parkda sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, park ərazisi tamet daşları ilə döşənib, yeni oturacaqlar qoyulub, idman avadanlıqları yerləşdirilib, uşaqlar üçün müasir və təhlükəsiz oyun-əyləncə qurğuları quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən gecə işıqlandırma sistemi quraşdırılıb, mövcud fəvvarə yenilənib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilməsi gözlənilən amnistiya aktının hansı cinayətlərə şamil olunmayacağı məlum olub. Primeinfo.az xəbər verir ki, amnistiya ağır və xüsusilə ağır cinayətlərə ümumiyyətlə şamil edilmir. Bundan əlavə, amnistiya aktı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına daxil olan-güclü ruhi həyəcan vəziyyətində adam öldürmə, ehtiyatsızlıqdan adam öldürmə, əzab vermə, seksual xarakterli əməllər, intihar həddinə çatdırma, hərbi cinayətlər, eləcə də ordunun şəxsi heyəti, hərbi silah, sursat və ya texnikanın hərəkəti və dislokasiyası ilə bağlı məlumatların yayılması, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, özgə əmlakının məhv edilməsi, qumarxana təşkili, narkotiklərin dövriyyəsinə aid olan bir neçə maddələrlə törədilən cinayətlərə də aid edilməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.