Xəbər axtarın

Son axtarış nəticələri:

G20 sammitində qalmaqal: Lavrovla şəkil çəkdirməkdən imtina etdilər

30.10.2026 23:00

G20 sammitində qalmaqal: Lavrovla şəkil çəkdirməkdən imtina etdilər

Bir neçə rəsmi şəxs Rusiya xarici işlər naziri Sergey Lavrovla birlikdə şəkil çəkdirməkdən imtina edib. Nəticədə G20 sammitinin ənənəvi kollektiv foto mərasimi keçirilməyib.

ABŞ-nin Atlanta şəhərində keçirilən G20 sammitində Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə bağlı diplomatik qalmaqal yaşanıb.

Primeinfo.az Bestmedia.az-a istinadən xəbər verir ki, bir neçə ölkənin rəsmisinin Lavrovla birlikdə foto çəkdirməkdən imtina etməsindən sonra təşkilatçılar ənənəvi birgə foto çəkilişini ləğv ediblər. Bu barədə “Bloomberg” məlumat yayıb.

Sammit iştirakçılarının qalmaqal kimi qiymətləndirdiyi hadisə ABŞ ilə onun müttəfiqləri arasında yaranan fikir ayrılıqlarının nəticəsi kimi dəyərləndirilir. Narazılıqların ABŞ liderinin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdləri fonunda meydana gəldiyi bildirilir.

Belə foto çəkilişləri əsasən mərasim xarakteri daşısa da, beynəlxalq sammitlərin ənənəvi protokol elementlərindən hesab olunur. Bu görüntülər dünya liderləri və yüksəkvəzifəli rəsmilər arasında birlik və həmrəyliyin nümayiş etdirilməsi məqsədi daşıyır.

Zaxarova Almaniya XİN rəhbərini sərt tənqid etdi

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri İohann Vadefulun G20 ölkələrinin xarici işlər nazirlərinin, o cümlədən Sergey Lavrovun iştirakı ilə keçirilən ümumi foto çəkilişində iştirak etməkdən imtinasına münasibət bildirib.

Zaxarova Qərb ölkələrinin diplomatiyasının ən aşağı səviyyəyə düşdüyünü iddia edib.

O, Almaniya diplomatının davranışını istehza ilə qarşılayaraq, onun mövqeyindəki ziddiyyətlərə diqqət çəkib.

“Necə deyərlər, Vadeful Sergey Viktoroviçi Alman diplomatiyasının çılpaq mahiyyəti ilə qorxutdu. Almaniya Xarici İşlər Nazirliyinin ənənəvi prinsipial 360 dərəcəlik dönüşü (keçmiş Almaniya XİN rəhbəri Annalena Berbokun dil sürüşməsinə işarədir – red.).

Cəmi bir ay əvvəl Vadeful özü danışıqların keçirilməsini istəmiş, media qarşısında şəkil çəkdirmişdi, indi isə foto çəkdirməkdən qorxaraq bunu öz mövqeyi kimi təqdim edir” – Zaxarova bildirib.

Paylaş: