Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyadan Dneprdə vağzala ZƏRBƏ - 13 nəfər ÖLDÜ

29.10.2026 15:00

Rusiyadan Dneprdə vağzala ZƏRBƏ - 13 nəfər ÖLDÜ

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.

Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

“Ukrzaliznıtsya” şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr – Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.

Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.

Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Paylaş: