Ombudsman vəzifəsinə namizədlər - SİYAHI
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib.
Oktyabrın 30-da Milli Məclisinin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.
Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsi təklif olunur.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlər törətdikləri məhkəmə qaydasında sübuta yetirilərək azadlıqdan məhrum edilən bəzi erməni əsilli şəxslərin hüquqlarının təmin olunması ilə bağlı yayılan iddialara münasibət bildirib. Bu barədə Primeinfo.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla həm ibtidai istintaq, məhkəmə prosesləri zamanı, həm də məhkum olunduqdan sonra cəzaçəkmə müəssisəsində görüşlər keçirilib, onların hüquqlarının təmin olunması vəziyyəti, saxlanma şəraiti və onlarla rəftar məsələləri davamlı monitorinq edilib.
Heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır.
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Quru Qoşunlarının tabeliyində fəaliyyət göstərən hərbi hissələrdən birində olublar. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları, o cümlədən onlara göstərilən tibbi xidmətlə maraqlanıblar. Qeyd edək ki, hərbi qulluqçularla görüşdə insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularla bağlı söhbətlər aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində olublar. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı, məişət və tibb məntəqəsində yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla görüş keçiriblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Ombudsman Aparatından Primeinfo.az-a verilən xəbərə görə, bəyanatda bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olub, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşüb: “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilib.
Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. Eyni zamanda Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsi (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur), sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi, hava şəraitinə uyğun olaraq avtobuslarda havalandırmanın mütləq qaydada təmin edilməsi (avtobuslarda nəfəslik və pəncərələrin açılmaması, eyni zamanda havalandırma sisteminin qoşulmaması sərnişinlərin sıx olduğu vaxtlarda, hətta havaların soyuq keçməsinə baxmayaraq “havasızlıqla bağlı haqlı narazılığa səbəb olur), habelə avtobuslara minib-enmə qaydalarının sıxlıq vaxtı avtobusların və sərnişinlərin kifayət qədər gecikməsinə səbəb olduğunu nəzərə alaraq həmin qaydaların təkmilləşdirilməsi istənilir.