Xəbər axtarın

Son axtarış nəticələri:

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar - FOTO

03.08.2026 15:39

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar - FOTO
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Quru Qoşunlarının tabeliyində fəaliyyət göstərən hərbi hissələrdən birində olublar. 

Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları, o cümlədən onlara göstərilən tibbi xidmətlə maraqlanıblar.

Qeyd edək ki, hərbi qulluqçularla görüşdə insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularla bağlı söhbətlər aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Paylaş: