Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - YENİLƏNİB

29.10.2026 20:40

Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - YENİLƏNİB

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

***
17:31

29.10.2026-cı il tarixində saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, şagirdlərin “popkorn”dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.

Paylaş: