Xəbər axtarın

Son axtarış nəticələri:

Xətai və Suraxanının bəzi yerlərində qaz kəsiləcək

30.10.2026 10:00

 

Xətai və Suraxanının bəzi yerlərində qaz kəsiləcək

Magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Primeinfo.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri oktyabrın 30-da saat 10:00-dan başlayacaq və işlər başa çatanadək qeyd olunan ərazilərdə qazın verilişi dayandırılacaq.

Qaz təchizatı təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

Paylaş: