Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Cümhuriyyəti 103 yaşında

29.10.2026 10:00

Türkiyə Cümhuriyyəti 103 yaşında

Bu gün qardaş Türkiyədə Cümhuriyyətin qurulmasından 103 il ötür.

Primeinfo.az xatırladır ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

2 il sonra, 1925-ci ildə 29 oktyabrın türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.

Türkiyə Cümhuriyyəti 103 yaşında

I Dünya müharibəsində Osmanlı İmperiyası məğlubiyyətə uğrayandan sonra ərazisi işğala məruz qaldı. Həmin vaxt Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb.

1923-cü ildən Türkiyədə parlament üsul idarəsi dövlət idarəetmə forması mövcud idi. Ölkə 2018-ci ildən prezident üsul-idarəsinə keçib.

Türkiyə Cümhuriyyəti 103 yaşında

Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub.

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.

Türkiyə Cümhuriyyəti 103 yaşında

Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.

Türkiyənin hər yerində, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan türklər bu günü böyük qürur və coşqu ilə qeyd edirlər.

Türkiyə Cümhuriyyəti 103 yaşında

Paylaş: