
İspaniyada sürət qatarları toqquşub.
Primeinfo.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Toledo vilayətində baş verib.
İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, çox sayda yaralının olduğu bildirilib. Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, bu, il ərzində İspaniyada baş verən ikinci qatar qəzasıdır. Belə ki, yanvarın 18-də baş vermiş qəzada 45 nəfər ölüb, 170 nəfər xəsarət alıb.