Xəbər axtarın

Son axtarış nəticələri:

Mirzoyan: "Ermənistanın KTMT-yə qayıtmağının mümkünlüyünü görmürük"

28.10.2026 12:59

Mirzoyan: "Ermənistanın KTMT-yə qayıtmağının mümkünlüyünü görmürük"

Ermənistan KTMT-dəki işini çoxdan dayandırıb və üzvlüyünü dondurub.

Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan təşkilatın sabiq Baş katibi Nikolay Bordyujanın sözlərini şərh edərkən deyib.

“Təşkilata qayıtmağımızın və münasibətlərimizin dəyişməsinin mümkünlüyünü görmürük”, – XİN rəhbəri İrəvanda sloveniyalı həmkarı ilə birgə brifinqdə bildirib.

Qeyd edək ki, Bordyuja Ermənistanın KTMT-dən çıxarılmasının vacibliyini vurğulayıb.

Paylaş: