Xəbər axtarın

Son axtarış nəticələri:

Paytaxtda bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

28.10.2026 12:29

Paytaxtda bu yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.

Primeinfo.az-a bu barədə NİİM-dən məlumat verilib.

Bildirilib ki, yaxınlıqda ictimai iaşə obyektlərindən və Heydər Əliyev parkından istifadə edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə kəsişmədə “L” və “A” tipli ümumilikdə 6 nəqliyyat və piyada bölməli svetoforlar istifadəyə verilib.

Mərkəz tərəfindən piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq piyada keçidlərinin svetoforlarla nizamlanması istiqamətində işlər davam etdirilir.

Paylaş: