
“Sanki hazırda milli dövlətlərin dağıdılması və yeni güc mərkəzlərinin yaradılması prosesi gedir. Belə kritik dönəmdə isə Azərbaycanla Türkiyənin, eyni zamanda türk dövlətlərinin bir arada olması son dərəcə vacibdir. Yeni dünya nizamında türk müsəlman dünyası da qütb olaraq formalaşacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Azərbaycanın da, Türkiyənin də əsas istiqaməti güc mərkəzi yaratmaqdır. Belə bir mürəkkəb vəziyyətdə isə biz güclü olmalıyıq.
Davamı “Qırmızı masa”da: