Səudiyyə Ərəbistanının cənubunda Yəməndəki “Ənsar Allah” hərəkatı tərəfindən buraxıldığı bildirilən ballistik raketlərin qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki,bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin yaydığı açıqlamaya görə, bazar günü Xamis-Muşayt və Əhəd-Rufeydə rayonlarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan iki ballistik raketin qalıqları yerə düşüb.
Rusiyanın Perm diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 5 nəfər xəsarət alıb.
Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərinə dronla hücumu nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Hücum nəticəsində çoxmərtəbəli binanın dördüncü mərtəbəsində yanğın başlayıb, mağaza və avtomobillər zərər görüb.
Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburqa etdiyi kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki,bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib. Onun sözlərinə görə, PUA hücumu nəticəsində 12 mənzilli bina və iki şəxsi evə ziyan dəyib.
Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Primeinfo.az xəbər verir ki,hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanında güclü partlayış baş verib.
Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. Primeinfo.az xəbər verir ki,bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var.
Pakistanın şimal-qərbində yerləşən Dera İsmayıl Xan şəhərində güclü partlayış baş verib. Primeinfo.az xəbər verir ki, yerli polis və təcili yardım xidmətlərinin ilkin məlumatlarına görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışın dəqiq səbəbləri hələlik bəlli deyil.
Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb.
Yəmən husiləri Taiz şəhəri (Yəmən) yaxınlığına raket zərbəsi endirib, 4 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Al-Jazeera” Yəmənin “Saba TV” dövlət televiziyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində 9 nəfər yaralanıb.